Məzmuna keçin

BİLİK BAZASI

Sizi maraqlandıran mövzunu seçin.

Hər məqalədə istifadə olunan mənbələri, məlumatın nə dərəcədə etibarlı olduğunu və hələ cavabsız qalan sualları görə bilərsiniz.

Parkda gündəlik gəzinti edən insan

Hərəkət

Həyat ritminizə uyğun aktivlik

Sakit otaqda yatan insan

Yuxu

Bərpaya kömək edən yuxu vərdişləri

Sağlamlığa təsir edən amillərin əlaqəsini göstərən dörd rəngli qövs və mərkəzi dairə
Ümumi sağlamlıq

Şəkər diabet yaradırmı və xəstəliyin adı niyə “şəkərli”dir?

“Şəkərli diabet” adını eşidəndə şəkərin xəstəliyə səbəb olduğunu düşünmək asandır. Ancaq şəkərli diabetin müxtəlif tipləri var: onların ortaq əlaməti qanda qlükozanın yüksək qalmasıdır, səbəb və mexanizmlər isə eyni deyil. 1-ci tipdə immun sistemi mədəaltı vəzin insulin hazırlayan hüceyrələrini məhv edir. 2-ci tipdə isə mədəaltı vəzi kifayət qədər insulin hazırlamır və toxumalar insulinə zəif cavab verir. Bəs diabet niyə “şəkərli” adlanır? Xəstəliyin yaranmasında yediyimiz şəkər günahkardırmı? Şirniyyatın miqdarı artmadan da 2-ci tip diabet riski yüksələ bilərmi? Məqalədə adın haradan gəldiyini, şəkər, ümumi enerji artıqlığı və başqa amillər barədə nələrin məlum olduğunu aydınlaşdıracağıq.

Oxuyun
Qida elementlərini toxunmuş quruluşla birləşdirən mis rəngli xətt
Ümumi sağlamlıq

Kollagen əlavəsi lazımdırmı?

Kollagen qutularının üzərində adətən hər şey var: hamar dəri, rahat hərəkət edən oynaqlar, güclü əzələlər. Belə təqdimatda məhsul bir əlavədən çox, bədən üçün hazır ehtiyat hissələri dəstinə oxşayır. Amma etiketdə yan-yana verilən bu vədlər elmdə ayrı-ayrı suallardır. Qısa cavabım: konkret klinik məqsədi olmayan böyüklərin əksəriyyətinə kollagen əlavələrini qəbul etməyi ümumiyyətlə məsləhət görmürəm. Kollagen istifadəsi boş yerə pul xərcləməkdir: mümkün kiçik fayda əsasən qısa tədqiqatlarda göstərilib və müntəzəm alışa haqq qazandırmayacaq qədər qeyri-müəyyəndir. 2026-cı ilin əsas icmalı da göstərir ki, müsbət siqnallar var, amma sübutların keyfiyyəti kollageni əksər insanlara tövsiyə etməyə imkan vermir. Aşağıda dəri və oynaqlarla bağlı müsbət siqnalların haradan gəldiyini və niyə cavabımı dəyişmədiyini izah edirəm. Məşqlə bağlı vədlərə və risklərə də ayrıca baxıram.

Oxuyun

VİDEO TƏLİM

Sağlam Qidalanma Təlimi

Təlimdə artıq 13 video dərs var. Avqustda 10-dan çox yeni dərs əlavə olunacaq. Dərsləri öz tempinizdə izləyə bilərsiniz.

Yayımlanmış bütün dərslər giriş müddətində açıqdır
Dərslər üçün tövsiyə olunan ardıcıllıq
Giriş 10 gündən 6 aya qədər

başlayan qiymət

10AZN

Sağlam qidalanmanın əsasları haqqında Azərbaycan dilində video təlim.

Təlimə və paketlərə baxın

FƏRDİ DƏSTƏK

Anketi bir dəfə doldurun, sonra xidməti seçin.

Anket 15–25 dəqiqə çəkir. Sonra 40 AZN-lik yazılı PDF analizi və ya 100 AZN-lik şəxsi konsultasiyanı seçə bilərsiniz.

0140 AZN

Yazılı PDF analizi

Anket cavablarınıza əsaslanan qidalanma və həyat tərzi tövsiyələri. Sənədi göndərməzdən əvvəl özüm yoxlayıram.

02100 AZN · ≈60 dəqiqə

Şəxsi konsultasiya

Google Meet-də canlı görüşümüz təxminən 60 dəqiqə çəkir. Bu vaxt ərzində vəziyyətinizi birlikdə müzakirə edirik.

Anketə başlayın

Diaqnoz qoymuram. Cavablarınızda həkimlə müzakirə edilməli məqam görsəm, tövsiyələrdə hansı mütəxəssisə müraciət etməli olduğunuzu yazıram.

MƏQALƏLƏR NECƏ HAZIRLANIR

Hər məqalə dərc olunmazdan əvvəl yoxlanılır.

  1. 01

    Mənbələri seçirəm

    İlk növbədə klinik tövsiyələrə, sistematik icmallara və mövzuya uyğun keyfiyyətli tədqiqatlara baxıram.

  2. 02

    Mətni sadə dildə yazıram

    Terminləri izah edir, məlumatın nə dərəcədə etibarlı olduğunu və hansı sualların açıq qaldığını göstərirəm.

  3. 03

    Yoxlama tarixini göstərirəm

    Məqalədə müəllifi, son elmi yoxlama tarixini və mənbələri göstərirəm. Vacib məhdudiyyətlər varsa, onları ayrıca qeyd edirəm.

Emil Allahverdiyev

Emil Allahverdiyev · sübutlara əsaslanan nutrisioloq və sağlamlıq maarifçisi

MÜƏLLİF HAQQINDA

Mən həmişə sağlam yaşamamışam.

31 yaşıma qədər içki içir, siqaret çəkir və idmanla maraqlanmırdım. Dəyişməyə başlayanda biliklərim pərakəndə idi və bir müddət zərərli qidalanma yanaşmalarını da paylaşırdım. Səhvlərimi görəndən sonra başa düşdüm ki, insanlar məni dinləyirsə, dediklərimə görə məsuliyyət daşıyıram. Sübutlara əsaslanan nutrisiologiya üzrə təhsil aldım. İndi insanlara sərt qadağalar olmadan, özlərinə qayğı göstərərək sağlam həyat qurmağa kömək edirəm.

Bu bilik bazasına giriş ödənişsizdir.

Layihəni faydalı hesab edirsinizsə, onu könüllü dəstəkləyə bilərsiniz. Dəstək edib-etməməyiniz girişə təsir etmir.

Layihəyə dəstək olun